"Barselona" "Kamp Nou" stadionunun ot örtüyünün döşənməsinə başlayıb.
Publika.az xəbər verir ki, Kataloniya klubu sentyabrın 14-də mövsümün ilk ev oyununda - La Liqanın 4-cü turunda "Valensiya" ilə yenidən qurulan arenada oynamağı planlaşdırır.
"Blauqrana" ilk üç oyunu səfərdə keçirəcək.
“Barselona” artıq tikinti qaydalarına uyğun olaraq “Kamp Nou”nu açmaq üçün icazə alıb. İndi yalnız azarkeşləri qəbul etmək üçün lisenziya almaq qalır.