AZ

Belçika üçün ilk yeni nəsil minaaxtaran gəmi sınaqlardan keçib

Belçika-Hollandiya rMCM birgə proqramı çərçivəsində inşa edilən mina əleyhinə gəmilər seriyasının ilk minaaxtaran gəmisi olan “Ostende”nin sınaqları başa çatıb. Gəminin bundan sonra yayın sonuna qədər Belçika Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.

Herbiand.az bildirir ki, sınaqların bir hissəsi olaraq gəmi Exail şirkətinin Inspector 125 pilotsuz mina əleyhinə gəmiləri ilə əməliyyatlar həyata keçirib.

Gəminin dəniz sınaqları 2024-cü ilin yayında başlayıb. Həmin vaxt gəminin texniki xüsusiyyətləri, xüsusən də hərəkət sistemi və naviqasiya sistemləri sınaqdan keçirilib. Pilotsuz qayıqlar, avtonom sualtı maşınlar, mina aşkarlama və məhvetmə sistemləri, həmçinin pilotsuz uçuş aparatlarının daxil olduğu xüsusi avadanlıqların sınaqlarına 2025-ci ilin yayında başlanılıb.

Mina əleyhinə gəminin uzunluğu 82,6 metr, eni 17 metrdir. Tutumu 63 nəfərdir (əsas ekipaj - 33 nəfər). Silahlanmaya 40 mm-lik top və 12,7 mm-lik uzaqdan idarə olunan döyüş modulları daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
4
herbiand.az

1Mənbələr