AZ

“Bavariya” Luis Diasın transferini açıqlayıb

Bakı, 30 iyul, AZƏRTAC

Almaniyanın “Bavariya” komandası İngiltərənin Liverpul" klubundan Luis Diası transfer edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Münxen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı kolumbiyalı vingerlə 4 illik müqavilə imzalanıb. Bundestim bu transfer üçün qarşı tərəfə 75 milyon avro ödəyəcək.

Qeyd edək ki,Luis Dias 2022-ci ildə Portuqaliyanın “Portu” klubundan “Liverpul”a keçmişdi.

Seçilən
3
4
azertag.az

5Mənbələr