AZ

Şahin Şıxlinski Rusiyada axtarışa verildi

"Azərbaycan-Ural" ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

Yenisabah.az RIA Novosti-yə istinadla xbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rayon üzrə Baş İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, o, Cinayət Məcəlləsinin maddəsi üzrə axtarılır. Bununla belə, onun hansı maddə üzrə axtarıldığı göstərilmir. pizza sifarişi

Şıxlinski ictimai xadim, iş adamı, Sverdlovsk vilayəti “Azərbaycan-Ural” ictimai təşkilatının sədri və “Azərros” Azərbaycan mədəniyyət mərkəzinin rəhbəridir.

Xatırladaq ki, iyulun 1-də Azərbaycan diasporunun rəhbəri Yekaterinburqda saxlanılıb, daha sonra şahid qismində sərbəst buraxılıb. Saxlanılan zaman o, avtomobildə oğlu Mutvali Şıxlinski ilə birlikdə olub və o, avtomobili ilə hüquq-mühafizə orqanının əməkdaşını vurub. İyulun 16-da oğlu dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham edilərək həbs edilib.

Xatırladaq ki, bir müddət əvvəl Şahin Şıxlinskinin Moskvada Azərbaycan səfirliyinin hotelində gizləndiyi iddia olunurdu.


Telegram kanalımız
Seçilən
57
14
yenisabah.az

10Mənbələr