Türkiyə, tarixdə qeydə alınan ən böyük meşə yanğınları fəlakəti ilə üz-üzədir. Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklının açıqlamasına görə, son bir həftədə 624 meşə yanğını baş verib. Alovlar ölkənin təxminən dörddə birini külə çevirib. Yanğınlardan yayılan tüstü atmosferi zəhərləyərək milyonlarla insanı hava çirkliliyi böhranı ilə üzləşdirib.
News24.az Cumhuriyet-ə istinadən xəbər verir ki, hadisələrə müdaxilədə gecikmə və aviasiya dəstəyinin çatışmazlığı ictimai qəzəblə qarşılanıb. Prezident Rəcəb Tayyib Ərdoğanın “Dövlət məsuliyyət daşıyır, amma yerli rəhbərliklər də laqeyddir” sözləri siyasi dairələrdə gərginliyə səbəb olub.
Fəlakətin miqyası, 2023-cü ildə Kanadada baş verən və 184 min km² meşə sahəsinin kül olduğu yanğınlarla müqayisə edilir. O dövrdə tüstü ABŞ və Avropa səmasına qədər yayılmışdı. Oxşar şəkildə, Türkiyədəki yanğınların da ekoloji və siyasi nəticələri artıq qlobal səviyyədə müzakirə olunur.
Xeyrənsə Piriyeva