“Kəpəz”lə yollarını ayıran Yeqor Xvalkonun yeni komandası bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, belaruslu müdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək. O, bu ölkənin “Tobol” klubu ilə anlaşıb. Yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Xatırladaq ki, təcrübəli oyunçu 2022-ci ildən Gəncə təmsilçisində forma geyinir. O, bu müddətdə “sarı-göylər”də 95 oyuna çıxıb və 3 qol vurub.