BAKI, 30 iyul. TELEQRAF
“15 Qərb ölkəsi digər dövlətləri Fələstin Dövlətini tanımaq niyyətlərini bəyan etməyə dəvət edib”.
Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.
Onun sözlərinə görə, Fransa, Kanada və Avstraliya da daxil olmaqla, ümumilikdə 15 ölkə Fələstinini tanımaq niyyətlərini bəyan edib.
“Fransa Nyu-Yorkda 14 başqa ölkə ilə birlikdə müraciət edir: Fələstin Dövlətini tanımaqda qətiyyətimizi ifadə edirik və hələ də bunu etməyənləri bizə qoşulmağa çağırırıq”, - Barro BMT-də İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə dair nazirlər konfransının yekununda irəli sürülən Nyu-York Bəyannaməsinin qəbulundan sonra sosial mediada yazıb.
Qeyd edək ki, Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsinə dair Nyu-York Bəyannaməsində HƏMAS-ın Qəzza zolağında hakimiyyətinə son qoyulması və onun silahlarının Fələstin Muxtariyyətinə təhvil verilməsinin zəruriliyi vurğulanıb.