AZ

Şahin Şıxlinskinin Yekaterinburqdakı evində AXTARIŞ APARILDI

Xəbər verdiyimiz kimi, Rusiyada Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski federal axtarışa verilib.

Bizim.Media xəbər verir ki, URA.RU-ya danışan məlumatlı mənbə onun hazırda Moskvada olduğunu deyib.

Rusiya mediası, xüsusilə də URA.RU saytı bunun səbəbini Şahin Şıxlinskinin bir müddətdir hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaması ilə əlaqələndirib.

Qeyd olunur ki, bu gün Şahin Şıxlinskinin Yekaterinburqdakı evində axtarış aparılıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
 

Digər mənbənin verdiyi məlumata görə, Şahin Şıxlinski oğlu Mutvalı Şıxlinski kimi Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi – "Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi" ilə şübhəli bilinə bilər:


“Deyirlər ki, Şahin oğluna “geri sür” komandası verib. Bundan sonra Mutvalı “Mercedes” markalı avtomobillə hüquq-mühafizə əməkdaşını vurub”.
 

Xatırladaq ki, bu insidentlə bağlı Mutvalı Şıxlinski barəsində istintaq davam edir. O, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə 2 ay müddətinə həbs olunub və 14 sentyabr 2025-ci ilədək istintaq təcridxanasında qalacaq.


Onun vəkili ilkin məhkəmə qərarından apellyasiya şikayəti versə də, Sverdlovsk vilayət məhkəməsi Leninski rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Hazırda iş üzrə istintaq geniş miqyasda davam edir. Şahin Şıxlinskinin hadisəyə nə dərəcədə qarışdığı yaxın günlərdə aydınlaşacaq.

Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr