Futbol üzrə Lüksemburq milli komandasının mərkəz hücumçusu Alessio Kurçi bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
23 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Alessio Kurçi Lüksemburqun “Sportinq” (Steynfort) klubunun yetirməsidir. Daha sonra Almaniyanın “Ayntraxt” (Trir) və “Maynts” klublarında oynamış futbolçu 2023-cü ildə Belçikanın “Frens Boreyns” klubuna üz tutub. 23 yaşlı forvard bu komandanın heyətində meydana çıxdığı 47 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Lüksemburqun U-17, U-19 və U-21 yığmalarında da oynamış Kurçi 2022-ci ildən ölkəsinin əsas millisində çıxış edir. O, yığmanın heyətində meydana çıxdığı 17 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
“Neftçi” Kurçidən əvvəl Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin və Kenan Piriçi də heyətinə qatmışdı. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç, İsmayıl Zülfüqarlı və Alfa Konte komandanı tərk ediblər. Emil Balayev isə oaytaxt klubu ilə yeni müqaviləyə imza atıb.