AZ

Məhkəmə Şıxlinskinin apellyasiya şikayətini təmin etmədi

Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvala Şıxlinski və vəkilinin həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Onun vəkili Pavel Korobov bildirib ki, Leninski Rayon Məhkəməsinin Şıxlinskinin sentyabrın 14-dək istintaq təcridxanasında qalması barədə qərarı qüvvədə qalır.

Məhkəmə qapalı şəkildə hakim Olqa Koşubinanın sədrliyi ilə keçirilib. Mütvala Şıxlinski istintaq təcridxanasından videobağlantı vasitəsilə distant rejimdə dinləmələrdə iştirak edib.

O, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur. 

Qeyd edək ki, bu gün Rusiya Daxili İşlər Nazirliyi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edib. 

Ağarza Elçinoğlu

Seçilən
20
unikal.az

1Mənbələr