AZ

Həkimlər güclü zəlzələ zamanı əməliyyatı yarımçıq qoymadı – VİDEO

Kamçatkada güclü zəlzələ zamanı həkimlərin əməliyyatı davam etdirməsi sosial medianın gündəm mövzularından birinə çevrilib.

Ölkə.Az-ın məlumatına görə, onkoloji dispanserin sözgedən briqadasına dövlət mükafatlarının təqdim edilməsi barədə göstəriş verilib. Bunu Kamçatka diyarının qubernatoru Vladimir Solodov özünün Telegram kanalında bildirib.

“Onkoloji dispanserin həkimlərinin güclü yeraltı təkanlar zamanı əməliyyatı dayandırmadan soyuqqanlılıq və peşəkarlıq nümayiş etdirməsi dövlət səviyyəsində yüksək qiymətləndirilməyə layiqdir. Onların cəsarəti ən yüksək dəyərə layiqdir. Tibbi işçilərə peşələrinə sədaqət göstərdikləri üçün təşəkkür edirəm”, – deyə qubernator qeyd edib.

Bundan əvvəl bölgənin səhiyyə naziri Oleq Melnikov da bildirib ki, həkimlər zəlzələyə baxmayaraq əməliyyatı sona qədər aparıblar və xəstənin vəziyyəti yaxşıdır. Sosial şəbəkələrdə yayılan müşahidə kamerasının görüntülərində əməliyyat zamanı baş verən güclü təkanlara baxmayaraq, tibb işçilərinin yerindən tərpənmədiyi, xəstəni və avadanlıqları qoruduğu aydın görünür.

Ölkə.Az

Seçilən
8
olke.az

1Mənbələr