AZ

TƏCİLİ! Dünya ŞOKDA: Təhlükə yaxınlaşır - Milyonlarla insan təşviş içində

Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka Şöbəsinin sosial media hesabından edilən açıqlamada, Kamçatkada baş verən zəlzələnin Moskva vaxtı ilə saat 3 radələrində 8,7 bal gücündə olduğu və bunun 1952-ci ildən bu yana bölgədə baş verən ən güclü zəlzələ olduğu bildirilib.

Olaylar.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının rəsmiləri 7,5 bal gücündə afterşokların ən azı bir ay davam edəcəyini proqnozlaşdırırlar.

Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra itkilərin olmadığını açıqlayıb.

Kamçatka Sunami Monitorinq və Məsləhət Mərkəzi Severo-Kurilsk bölgəsindəki Paramuşir və Şumşu adalarına dalğanın yaxınlaşdığını açıqlayıb. "Sunami dalğası Severo-Kurilsk liman şəhərini və Alaid adlı balıqçılıq müəssisəsini qismən su altında qoyub. İnsanlar təxliyə edilib" - bəyanatda deyilir.

Rusiyanın Kamçatka bölgəsində baş verən zəlzələdən sonra 14 ölkəyə xəbərdarlıq edilib.

Səlahiyyətlilərin təcili xəbərdarlıq etdiyi ölkələr aşağıdakılardır:

Yaponiya
Tayvan
Filippin
Çin
Havay
Quam
Tonqa
Kaliforniya
Alyaska
Oreqon
Vaşinqton
Britaniya Kolumbiyası
Meksika
Peru
Ekvador

Bundan başqa, qeyd olunub ki, Saxalin vilayətinin hakimiyyət orqanları Severo-Kurilskdə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün səfərbər olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
2
olaylar.az

3Mənbələr