AZ

Kamçatkada sunaminin hündürlüyü 15 metrə çatıb

Rusiyanın Kamçatka diyarında sunaminin hündürlüyü 15 metrə çatıb.

Missiya.Az RİA Novosti-yə istinadən  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şirşov adına Okeanologiya İnstitutu məlumat yayıb.

“Bizim nəticələrimizə görə, Kamçatka sahillərinin bəzi ərazilərində sunaminin hündürlüyü 10-15 metrə çatıb”.

Mütəxəssislər ədədi modelləşdirmədən istifadə edərək Sakit okeanda sunami dalğalarının operativ qiymətləndirilməsini aparıblar. Ən böyük sunami dalğaları zəlzələ mənbəyinin yaxınlığında - Kamçatkanın cənub-şərq sahillərində və Şimali Kuril adalarında olub.

Elcan

Missiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr