AZ

"Toyota"nın avtomobil satışlarını rekord səviyyəyə çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yaponiya avtomobil istehsalçısı “Toyota Motor Corp.” 2025-ci ilin birinci yarısında avtomobil tədarükünü illik müqayisədə 5,5% artıraraq 5,159 milyona çatdırıb.

Banco.az şirkətin məlumatına istinadən xəbər verir ki, bu artım iki il ərzində ilk dəfə qeydə alınıb və bu rəqəm bu dövr üçün rekord nəticədir.

"Toyota"nın qlobal satışları, o cümlədən onun törəmə markaları "Daihatsu Motor" və "Hino Motors"un yanvar-iyun aylarında satışları illik müqayisədə 7,4% artaraq 5,544 milyon avtomobilə çatıb. Yaponiyada satışlar 27,4% artaraq 1,049 milyon avtomobilə, xaricə satışlar isə 3,6% artaraq 4,495 milyona çatıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən "Toyota"nın bazar kapitallaşması 12,8% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
34
1
banco.az

2Mənbələr