AZ

Hindistanda xərçəng xəstəsi uşaqlar üçün xüsusi məktəb açılır

Hindistanın Bengaluru şəhərində xərçənglə mübarizə aparan uşaqlar və onların bacı-qardaşları üçün xüsusi təhsil məktəbi yaradılır.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təşəbbüs xəstəlik səbəbilə mütəmadi olaraq xəstəxana və ev arasında hərəkət edən uşaqların təhsildən geri qalmaması məqsədilə həyata keçirilir. Məktəbdə uşaqlara fərdi yanaşma tətbiq olunacaq və onların psixoloji vəziyyəti də nəzərə alınacaq.

Layihənin əsas hədəfi xroniki xəstəliklərlə mübarizə aparan uşaqların akademik inkişafını dəstəkləmək və onların sosial həyata inteqrasiyasını asanlaşdırmaqdır. Məktəbin yaxın aylarda fəaliyyətə başlaması planlaşdırılır.

Seçilən
3
azedu.az

1Mənbələr