AZ

Çempionluğa iddialı klub "Neftçi" və "Qəbələ"dən ayrılan futbolçularla anlaşdı

Yeni mövsümdən Birinci Liqada iddialılardan olacaq “Şəfa” heyətinə daha bir futbolçunu cəlb edib.

Sportal.az saytına verilən məlumata görə, ötən mövsümü “Qəbələ”də keçirmiş Ürfan İsmayılov 2025/2026 mövsümünü “Şəfa”da keçirəcək.

Paytaxt klubu onunla 1+1 illik müqavilə imzalayıb. 

Birinci Liqada çempionluğa iddialı "Şəfa" İsmayılovla yanaşı, "Neftçi"dən ayrılan İsmayıl Zülfüqarlı ilə də müqavilə imzalayıb.

 

saytlarin hazirlanmasi

Seçilən
5
sportal.az

1Mənbələr