AZ

Yaponiyada sunami xəbərdarlığı verildi

Rusiyanın şərqində, Kamçatka Yarımadası yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələdən sonra 3 metrə qədər çata biləcək sunami xəbərdarlığı verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Rəsmilər bu xəbərdarlıqdan sonra bölgə sakinlərini bütün xəbərdarlıqlar ləğv olunana qədər ərazini təxliyə etməyə çağırıb.

Zəlzələdən sonra İşinomaki limanında 50 sm, Tokaçi limanında 40 sm, Hokkaydoda Erimo qəsəbəsində isə 30 sm hündürlüyündə dalğalar qeydə alınıb.

Tohoku və Kanto bölgələrində isə 20–40 santimetr yüksəklikdə dalğalar müşahidə edilib.

İlkin məlumatlara əsasən böyük bir dağıntı və ya ziyan barədə məlumat verilməyib.

Seçilən
5
operativmm.az

1Mənbələr