AZ

Xətaidə “Tariximizin Qərbi Azərbaycan izləri” adlı sərgi təşkil olunub - FOTOLAR

Xətai rayonunda 29.07.2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Vüqar İskəndərov, Hikmət Babaoğlu, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid ailələri, Heydər Əliyev adına Hərbi İnstitutun hərbiyələri və zabitləri, incəsənət xadimləri, rayon ictimaiyyəti iştirak ediblər.

Çıxış edənlər Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarından deportasiyaya, etnik təmizləməyə məruz qaldıqlarını, həmin torpaqlara geri dönüşün 300 mindən çox qərbi azərbaycanlının beynəlxalq səviyyədə tanınmış fundamental hüququ olduğunu qeyd ediblər.

Bildirilib ki, həmin hüquq BMT-nin bütün sənədlərində təsbit olunub. Qurub-yaratdıqları, yaşadıqları torpaqlardan didərgin salınmış soydaşlarımızın həmin ərazilərə sülh yolu ilə geri qayıtmalı olduğu vurğulanıb. Çıxış edənlər uzun illər işğalda qalan Qarabağ və Şərqi Zəngəzurun Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində azad edildiyini, hazırda həmin ərazilərə mərhələli şəkildə köç prosesinin getdiyini qeyd edib, Qərbi Azərbaycan niskilinə də tezliklə son qoyulacağına, hər bir azərbaycanlının həmin tarixi torpaqlarda gəzmək, yaşamaq hüququ əldə edəcəyinə inandıqlarını diqqətə çatdırıblar.

Tədbir bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində Qərbi Azərbaycan mədəniyyətini əks etdirən şirniyyatlar, xalça və kəlağayılar sərgilənib.

Seçilən
6
4
unikal.az

6Mənbələr