AZ

Makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiş tədbirlər müsbət nəticələr verib - Taleh Kazımov

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) “Azərbaycan Respublikasının2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nınhazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq”üzrə alt işçi qrupun ilk iclası keçirilib.

Trend bu barədəAMB-yə istinadən xəbər verir.

Mərkəzi Bankın sədri və alt işçi qrupun rəhbəri Taleh Kazımoviclasda çıxışı zamanı iqtisadi artımın davamlılığının təminedilməsi, xarici və daxili şoklara qarşı iqtisadiyyatındayanıqlılığının artırılması, həmçinin sosial rifah və inklüzivinkişafın dəstəklənməsi baxımından makroiqtisadi dayanıqlılığınmühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sədr Taleh Kazımov “2022–2026-cı illərdə sosial-iqtisadi inkişafStrategiyası”nın makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiştədbirlərin müsbət nəticələr verdiyini bildirib. O, inflyasiyanınMərkəzi Bankın hədəf diapazonunda idarə olunması, maliyyəsektorunun dərinliyinin artırılması, maliyyə sektorunun ÜDM-dəpayının yüksəldilməsi və ümumiyyətlə, maliyyəyə çıxış imkanlarınıngenişləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldəolunduğunu qeyd edib.

Sədr çıxışı zamanı 2027-2030-cu illərdə ölkədə makroiqtisadidayanıqlılığın daha da gücləndirilməsi məqsədilə makroiqtisadi vəmaliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsininvacibliyini vurğulayıb.

Daha sonra tədbirdə “2027–2030-cu illərdə sosial-iqtisadiinkişaf Strategiyası”nın hazırlanması çərçivəsində təklif olunanfəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Sədr yekunda işçi qrupun üzvlərini bu fəaliyyət istiqamətləriüzrə koordinasiyalı əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupuAzərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişafStrategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışadair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasınıntəmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyuntarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.

Seçilən
53
az.trend.az

1Mənbələr