Ajans.az xəbər verir ki, Prezident Donald Tramp ABŞ-a gəlmiş ukraynalı vətəndaşların münaqişə bitənədək ölkədə qalmasına icazə verəcəyini açıqlayıb. Tramp bu barədə Ağ Evdə jurnalistlərə məlumat verib. “Düşünürəm ki, bəli, icazə verəcəyik,” – o, Ukraynadan gələnlərin ölkədə qalmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Bizdə Ukraynadan gəlmiş çox insan var və biz onlarla işləyirik,” – Tramp əlavə edib.