AZ

FİFA futbolçulara güzəşt etdi

FİFA və beynəlxalq futbolçuların həmkarlar ittifaqlarının nümayəndələri oyunçular üçün məcburi fasilələrin tətbiq edilməsi zərurəti ilə bağlı razılığa gəliblər. Bu haqda ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, klublararası dünya çempionatının (KDÇ) final matçından əvvəl Nyu York şəhərində FİFA-nın prezidenti Canni İnfantino ilə beynəlxalq qurumların təmsilçiləri arasında görüş baş tutub. Tərəflər hər mövsümün sonunda oyunlar arasında məcburi minimum 72 saat fasilə və 21 günlük istirahətlə bağlı məsələlər mövzusunda razılığa gəliblər. FİFA-nın yaydığı məlumatda belə deyilir:
“Matçlar arasında ən azı 72 saatlıq fasilənin və oyunçuların hər mövsümün sonunda ən az 21 günlük istirahət imkanının olması ilə bağlı ümumi razılıq var. Bu müddət oyunların təqvimindən və qüvvədə olan kollektiv müqavilələrdən asılı olaraq hər bir klub və hər bir oyunçu tərəfindən fərdi qaydada tənzimlənməlidi. Yarışlara gəlincə, FİFA və oyunçuların həmkarlar ittifaqları bir tərəfdən milli komandalar və klub futbolu, digər yandan isə ölkədaxili, qitə və beynəlxalq klub turnirləri arasında düzgün balansın əldə edilməsinin vacibliyi barədə razılığa gəliblər. Dünyanın hər yerindən olan oyunçuların böyük turnirlərdə iştirakına imkan yaratmaq vacibdi, çünki bu, dünya futbolunun inkişafına təkan verir. Bundan başqa, ən yüksək beynəlxalq səviyyədə çıxış etməyən futbolçulara daha çox oynamaq imkanı yaradılması prioritet sayılıb”.
Seçilən
26
football-plus.az

1Mənbələr