
Rusiya Daxili İşlər Nazirliyinin “Axtarış” məlumat bazasına əsasən, Yekaterinburqdakı azərbaycanlı diaspor təşkilatı “Azərbaycan-Ural”ın sədri Şahin Şıxlinski cinayət işi üzrə axtarışa verilib, Ulusum.az interfax.ru - ya istinadən xəbər verir.Məlumatda qeyd olunur ki, onun barəsində axtarış cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə aparılır.Xatırladaq ki, Şıxlinski iyul ayının əvvəlində saxlanılmış, daha sonra sərbəst buraxılmışdı. Onun keçmiş illərdə törədilmiş qətllərlə bağlı şahid kimi dindirildiyi bildirilirdi.Bundan əlavə, Şıxlinskinin oğlu Mutvala da saxlanılaraq məhkəmə tərəfindən həbs edilib. Ona Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi) üzrə ittiham irəli sürülüb.
Diqqət Çəkənlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Yəməndə gərginlik: ABŞ gəmiləri təhlükədədir?
Kamçatkada 8,7 bal gücündə zəlzələ: 4 metrlik sunami dalğaları və təxliyə həyəcanı - VİDEO