AZ

Luis Dias “Bayern”də - 70 milyon avroluq transfer!

İngiltərə çempionu “Liverpul”un kolumbiyalı sol cinah hücumçusu Luis Dias bundan sonra “Bayern”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Almaniya nəhənginə 70 milyon avro məbləğ müqabilində başa gəlib.

Luis Dias “Barrankilya”nın məzunudur. Hücumçu, karyerası ərzində “Atletiko Xunior”, “Portu” və “Liverpul”da çıxış edib.

Geridə qalmış mövsümdə Dias “Liverpul” üçün 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə verib. Kolumbiyalı futbolçu İngiltərə nəhənginin heyətində bütövlükdə 148 oyun keçirib, 41 qol və 23 assistlə yadda qalıb.

Dias 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 64 oyuna 19 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 28 yaşlı kolumbiyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
arena.az

1Mənbələr