AZ

“Ukrayna ordusunun komandanlığı hərbçiləri qul kimi qəbul edir” - Deputat

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hərbçiləri ordunun və dövlətin qulu kimi qəbul edir.

Herbiand.az xəbər verir ki, bunu Ali Radanın deputatı Qeorqi Mazuraşu deyib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri o qədər yanıblar ki, ölümü rahatlıq kimi qəbul edirlər: “Bu səbəbdən onların tapşırıqları yerinə yetirmək qabiliyyəti çox aşağıdır. Hərbçilərə bu cür münasibət Ukrayna Silahlı Qüvvələrində üstünlük təşkil edən axmaqlıq, quldarlıq, sovet sistemi”nin nəticəsidir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr