AZ

İndiyədək sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib - İZİA rəsmisi

Bakı. Trend:

2015-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla sənayezonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib,bunun da 5,53 milyard manatlıq hissəsi ixrac edilib.

Bu sözləri Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadiZonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımovmüsahibəsində bildirib.

O bildirib ki, təkcə 2025-ci ilin I yarısı ərzində isə sənayezonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib, bunun datəxminən 583,5 milyon manatlıq hissəsi ixracın payına düşür: "Ötənilin analoji dövü ilə müqayisədə satış 28,7%, ixrac isə 22,4%artıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyardmanatdan çox investisiya yatırılıb və 10 900-dən artıq daimi işyeri yaradılıb”.

“Bütün deyilənlərdən bir daha aydın olur ki, sənaye zonalarıiqtisadiyyatın şaxələndirilməsi baxımından əlverişli platformadır.Sənaye zonalarının yaradılması məsələsi dövlət başçısınınsəlahiyyətində olan məsələdir. Yaxın vaxtlarda Gəncə ətrafı bölgədəyeni bir sənaye parkının yaradılması nəzərdə tutulur”, - E. Kazımovqeyd edib.

Seçilən
30
az.trend.az

1Mənbələr