AZ

Ermənistanda keşiş Baqrat Qalstanyanın daha üç tərəfdarı saxlanılıb

Ermənistandakı “Müqəddəs Mübarizə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın tərəfdarı olan üç nəfər saxlanılıb.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, onların Artur Demirçyan, Lusine Qriqoryan və Ovnatan Demirçyan olduqları açıqlanıb.

Həmin şəxslər Baqrat Qalstanyanın başladığı etiraz hərəkatının fəal iştirakçıları olmaqda təqsirləndirilir.

Xatırladaq ki, B. Qalstanyanın özü barəsində isə həbs-qətimkan tədbiri iyunun 26-da seçilib.

O, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd və dövlət çevrilişində günahlandırılır.

Seçilən
30
7
apa.az

8Mənbələr