AZ

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi qapıçısı ilə yolları ayırıb

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) qapıçısı Filip Sidklevlə yolları ayırıb.

"Report" xəbər verir ki, bu barədə Saloniki klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı isveçli qolkiperin Qətərin "Əl-Biddə" klubna transfer olunduğu bildirilib.

Qeyd edək ki, F.Sidklev 2024-cü ildən Yunanıstan klubunda çıxş edirdi.

Seçilən
39
3
report.az

1Mənbələr