AZ

Boeing ikinci rübdə xalis itkini 2,4 dəfə azaldıb, gəliri 35% artıb

Finss.az xəbər verir ki, Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan Amerika konserni “Boeing Co.” ikinci rübdə xalis itkisini 2,4 dəfə azaldıb, eyni zamanda düzəliş edilmiş rəqəm və gəlir analitiklərin gözlədiyindən daha yaxşı olub.

Şirkətin press-relizində bildirildiyi kimi, aprel-iyun aylarında onun xalis zərəri ötən ilin eyni dövründəki 1,439 milyard dollar və ya hər səhmə görə 2,33 dollar itki ilə müqayisədə 612 milyon dollar və ya hər səhmə görə 0,92 dollar təşkil edib. Düzəliş edilmiş zərər hər səhmə görə 2,9 dollardan 1,24 dollara qədər azalıb.

Gəlir 35% artaraq 22,749 milyard dollara çatıb.

FactSet tərəfindən sorğu edilən analitiklər orta hesabla şirkətin düzəliş edilmiş zərərini 22,12 milyard dollar gəlirlə səhm başına 1,4 dollar səviyyəsində qiymətləndiriblər.

Ötən rübdə mülki təyyarə seqmentində gəlir 1,8 dəfə artaraq 10,874 milyard dollara, tədarüklər 1,6 dəfə artaraq 150 təyyarəyə çatıb. Boeing 455 sifariş alıb, o cümlədən Qatar Airways 120 787 və 30 777-9, British Airways isə 32 787-10 təyyarəsi sifariş edib.

İyunun sonunda sifarişlər kitabçası 522 milyard dollar dəyərində qiymətləndirilib və 5,9 mindən çox təyyarə təşkil edib.

Müdafiə və kosmos bölməsində satışlar aprel-iyun aylarında 10% artaraq 6,617 milyard dollara çatıb. Xidmət sektorunda gəlir 8% artaraq 5,281 milyard dollara çatıb.

Çərşənbə axşamı bazar əvvəli ticarətdə Boeing səhmləri 2,4% bahalaşıb.

Seçilən
46
14
fins.az

10Mənbələr