AZ

Kamçatkada zəlzələnin maqnitudası 8,7-yə çatıb

Kamçatkada zəlzələnin maqnitudası 8,7-yə çatıb.

 

Sfera.az bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinə istinadən xəbər verir. 

 

"Kamçatka seysmik fokus zonasında 1952-ci ildən bəri ən güclü zəlzələ indicə baş verib. Müxtəlif hesablamalara görə, maqnitudası 8,7-yə çatır. Bu, şübhəsiz ki, əlamətdar hadisədir", - hesabatda deyilir.

 

Qurum qeyd edir ki, cənub-qərbdən seysmik ocaq 20 iyul 2025-ci il və 17 avqust 2024-cü il tarixlərində baş vermiş zəlzələlərin mənbələrinə bitişikdir. Yarılma dərin dəniz xəndəyinin oxu boyunca cənub-qərb istiqamətində ən azı 200 km uzanıb.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
4
sfera.az

1Mənbələr