AZ

Şahin Şıxlinskinin oğlu həbsdə qaldı


Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti  “Telegram” kanalında məlumat yayıb.
Şıxlinski və vəkili Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin 2025-ci il iyulun 16-da iki aylıq həbs qərarı çıxaran qərarından apellyasiya şikayəti verib.
“İş materialları ilə tanış olan və tərəflərin fikirlərini dinləyən Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərardadını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq”, - məlumatda bildirilib.
Seçilən
24
4
yeniavaz.com

9Mənbələr