AZ

Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq - İZİA rəsmisi

Bakı. Trend:

Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işləriningörülməsinə başlanılacaq.

Bu sözləri Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadiZonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımovmüsahibəsində bildirib.

O, yeni yaradılmış Naxçıvan Sənaye Parkı üzrə görüləcək işləri dəsadalayıb: “Dövlət başçısının 2024-cü il 5 dekabr tarixli Fərmanıilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb. İlkinmərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətlərimüəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi,tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının,maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq,geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağızməmulatlarının istehsalı nəzərdə tutulur".

"Yaxın vaxtlarda sənaye Parkında infrastruktur işləriningörülməsinə başlanılacaq. Həmçinin sahibkarların müraciətlərininqəbulu həyata keçiriləcək. Naxçıvan Sənaye Parkının fəaliyyətəbaşlaması bu bölgədə yaşayan əhalinin məşğulluq səviyyəsininyüksəlməsinə, məhsul çeşidlərimizin sayının artmasına, regiondaiqtisadi inkişafın sürətlənməsinə, ən əsası isə xammalehtiyatlarından səmərəli istifadə etməyə imkan verəcək”, - deyəqurumun sözçüsü qeyd edib.

Seçilən
10
az.trend.az

1Mənbələr