"Yasak Elma" serialının aktrisası Biran Damla Yılmaz yaxın zamanlarda ailə quracaq.
Far.Az xəbər verir ki, o evlilik təklifi alıb. Bu barədə aktrisa sosial şəbəkədə bildirib.
O sevgilisinə "Hə" cavabı verib.
Biran uzun müddətdir iş adamı Abdurrahman Aydın ilə eşq yaşayır.
Qeyd edək ki, Biran Damla Yılmaz "Kırqın çiçekler" serialı ilə məşhurlaşıb.