AZ

MTŞ-də Azəbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq

Bu gün Milli Təhlükəsizlik Şurası (MTŞ - MGK) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə daxilində və xaricində baş verənləri müzakirə etmək üçün toplanacaq.

Yenisabah.az “Türkiye Gazetesi”nı istinadla xəbər verir ki, Şuranın builki dördüncü iclasının əsas məsələsi “Terrorsuz Türkiyə” konsepsiyası çərçivəsində növbəti addımlar olacaq.

İsrailin druzları qorumaq bəhanəsi ilə Suriyaya hücumunun da müzakirə olunacağı gözlənilir. Şuranın gündəmində İsrailin Qəzzada törətdiyi soyqırımı, Suriya və İrana qarşı hərəkətləri də var. Yaxın Şərqdə artan gərginliyin Türkiyənin regional təhlükəsizliyinə təsiri qiymətləndiriləcək. Dördpendirli pizza

İclasda müzakirə ediləcəyi gözlənilən digər məsələlər arasında meşə yanğınları, Rusiya və Ukrayna arasında müharibə və “Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında vaxtaşırı artan gərginlik” var.


Telegram kanalımız
Seçilən
5
yenisabah.az

1Mənbələr