AZ

Ölümcül virusa qarşı mübarizədə B1 vitaminin xeyri kəşf olunub

Bakı. Trend:

“VIB-Ugent” İltihabi Tədqiqatlar Mərkəzindən olan alimlərrsepsis zamanı həyati təhlükə yaradan süd turşusunun artıq ifrazınıdayandırmaq üçün effektiv üsul tapıblar. Sepsis infeksiyaya qarşıyaranan kəskin immun reaksiyası hər il 11 milyona qədər insanınhəyatına son qoyur.

Trend xəbər verir ki, bubarədə "Cell Reports" jurnalında məqalə dərc olunub.

Araşdırma göstərir ki, B1 vitamini ilə qlükozanın birlikdəistifadəsi hüceyrələrdə enerji mübadiləsini bərpa edir və ölümhallarını kəskin şəkildə azaldır.

Sepsis zamanı orqanizmdə dağıdıcı biokimyəvi pozuntu baş verir:bədən laktatı (süd turşusunu) emal etməyi dayandırır və B1 vitaminiçatışmazlığı mitoxondrilərin fəaliyyətini pozur. Nəticədə piruvattoksik süd turşusuna çevrilir, bu isə qan təzyiqinin enməsinə vəorqanların sıradan çıxmasına səbəb olur.

Professor Klod Libertin rəhbərlik etdiyi komanda siçanlarüzərində ağır sepsis modelində sübut edib ki, B1 vitaminiyeridildikdə laktat səviyyəsi aşağı düşür və sağ qalma göstəricisiəhəmiyyətli dərəcədə yüksəlir. Effekt, eyni vaxtda qlükozayeridildikdə daha da güclənib, qlükozanın metabolizmi laktatistehsalından enerji hasilatına yönəlib.

Tədqiqatçılar vurğulayırlar ki, bu mexanizm sadə olsa dagüclüdür və reanimasiya şöbələrində istifadəyə asanlıqlauyğunlaşdırıla bilər. Növbəti mərhələdə daha iri heyvanlar üzərindəsınaqlar və klinik tətbiqlər üçün optimal dozanın axtarışı nəzərdətutulur.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr