AZ

Suriya XİN: Türkiyə yeni Suriya administrasiyasının tanınmasında əsas rol oynayacaq

Türkiyə yeni Suriya administrasiyasının tanınmasında əsas rol oynayacaq.

Turkustan.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin ABŞ-ın siyasi məsələlər üzrə baş direktoru Quteiba İdlibi bildirib ki, Türkiyə Suriyanın şimal-şərqində formalaşan yeni administrasiyanın beynəlxalq səviyyədə tanınması və sanksiyaların ləğvi istiqamətində əsas rol oynamağa davam edəcək.

İdlibi Anadolu Agentliyinə verdiyi müsahibədə ABŞ və Türkiyə ilə Dəməşq hökuməti arasındakı əlaqələri, İsrailin bölgədəki siyasətini və Suriyada QSD adı altında fəaliyyət göstərən PKK/YPG-yə qarşı mövcud münasibətləri dəyərləndirib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi İŞİD-lə mübarizə strategiyasında dəyişiklik etməkdədir və Suriya hökumətini bu mübarizədə əsas tərəfdaş kimi görür. ABŞ Müdafiə Nazirliyinin PKK/YPG-yə ayrılacaq büdcə tələbinə də toxunan İdlibi bunun yalnız “texniki təklif” olduğunu bildirib.

Parisdə ABŞ və Fransa rəsmilərinin iştirakı ilə PKK/YPG ilə Dəməşq hökuməti arasında keçirilən danışıqlara da diqqət çəkən İdlibi, 10 Mart Razılaşmasının icrası üçün mexanizmlərin sürətləndirildiyini və ilin sonuna qədər yekun nəticənin əldə olunmasının gözlənildiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
turkustan.az

1Mənbələr