AZ

Rusiya səfiri İtaliya XİN-ə çağırılıb

İtaliyanın xarici işlər naziri və Baş nazirinin müavini Antonio Tayani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya XİN-in məlumatında deyilir.

Qeyd olunub ki, bu, "Prezident Sercio Mattarellanın və İtaliya Respublikasının digər rəsmilərinin iddia olunan rusofoblar" siyahısına daxil edilməsi ilə bağlıdır.

"Nazir Tayani dövlət başçısının bu siyahıya daxil edilməsini ölkəyə və İtaliya xalqına qarşı təxribat hesab edir və Prezident Mattarella ilə institusional və şəxsi həmrəyliyini ifadə edir", - mətndə bildirilib.

Xatırladaq ki, daha əvvəl Rusiya XİN-in saytında RF-yə qarşı "nifrət dili"ndən istifadə edilməsi və xarici ölkələrin siyasətçiləri və ictimai xadimlərinin rusofob bəyanatları ilə bağlı nümunələr dərc edilmişdi.

Seçilən
36
10
report.az

10Mənbələr