AZ

London: "HƏMAS-ı yox, Fələstini tanıyacağıq"

"Reuters" xəbər agentliyi öz mənbələrinə istinadənbildirirki, Britaniyanın Baş naziri Kir Starmer bu çərçivədə "Qəzza zolağına sülh və əmin-amanlıq, rifah gətirmək" üçün İsrailəsentyabradək möhlət verib.

Onun bu addımı İsrail hökuməti, xüsusilə həmkarı Benyamin Netanyahu tərəfindən məzəmnətlə qarşılanıb.

"Baş nazirin yanaşması Benyamin Netanyahu tərəfindən bu mənada başa düşülüb ki, o, HƏMAS-ı mükafatlandırır və 7 oktyabr 2023-cü ildə baş vermiş hücumun qurbanlarına hörmətsizlik göstərir",– "Reuters" vurğulayır.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp da İsrailin Baş naziri ilə eyni qənaətdədir. O düşünür ki, Fələstinin müstəqilliyini tanımaqla "HƏMAS terrorçularına güzəştə getmək, onları mükafatlandırmaq" lazım deyil.
The Telegraph:"Starmer Fələstini tanıyacaq"

Hərçənd rəsmi London bu tənqidlərlə razılaşmır. Hökumət tərəfindən bu məsələ üzrə sualları cavablandırmaq səlahiyyəti verilmiş nəqliyyat naziri Heydi Aleksandr "LBC" radiosuna müsahibəsində söyləyib ki, Britaniyanın qərarı düzgün başa düşülməyib.

(Britaniyanın nəqliyyat naziri Heydi Aleksandr)

"Məqsədimiz HƏMAS-ı mükafatlandırmaq deyil. O, amansız vəhşiliklər törətmiş iyrənc terror təşkilatıdır. Söhbət Fələstin xalqından, Qəzza zolağında aclıqdan ölən uşaqlardan gedir",– xanım nazir deyib. O həmçinin Qəzzaya humanitar yardım axınına qarşı məhdudiyyətləri aradan qaldırması üçün İsrail hökumətinə təzyiq göstərməyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, dünən Britaniya mətbuatı Baş nazir Kir Starmerin Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınmasını da nəzərdə tutan sülh planı üzərində işlədiyi barədə məlumat yayıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
7
azvision.az

1Mənbələr