SAMUX, 30 iyul. TELEQRAF
Samux rayon Qarağaclı qəsəbəsində bir nəfərin yanması ilə nəticələnən hadisə baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1983-cü il təvəllüdlü Samirə Əliyeva bədəninin müəyyən hissəsinin yanması nəticəsində tibb müəssisələrindən birinə yerləşdirilib.
İlkin məlumata görə, qadın həyətdə ocaq qalayarkən alov onun bədənini tutub.
Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı adaşdırma aparılır.