AZ

Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür

Son illər estetik prosedurlara müraciət edənlərin sayında artım müşahidə olunur. 

İndi daha çox insan dolğu, botoks, mezoterapiya, kök hüceyrə proseduru və digər müdaxilələrə üstünlük verir. Kosmetoloqlar bu prosedurların zərərsiz olduğunu iddia etsələr də, uzunmüddətli təsirləri və mümkün fəsadları hələ də geniş müzakirə mövzusudur. 

“Cebheinfo.az” – a mövzu ilə bağlı açıqlama verən tibbi ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, dolğu və kök hüceyrə prosedurları gözəllik məqsədi daşısa da, səhv tətbiq edildikdə təhlükələrə səbəb ola bilər: 

“Düzgün qaydalarlar nəzərə alınmaqla, dolğu və kök hüceyrələrdən istifadə olunmasınının insan orqanizminə xeyiri var. Lakin bu tələblər nəzərə alınsa belə ziyanlı tərəfləri də mövcuddur. Bu prosedurları həyata keçirən həkimlərin, həmçinin istifadə olunan məhsulların mütləq sertifikatı olmalıdır ki, şəxs arxayın olsun. 

Adətən dolğularda istifadə olunan hialuron turşusu adi halda regenerativi prosesi gücləndirmək üçün istifadə olunan maddədir. Hialuron turşusu hidroksatdan və başqa maddələrdən istifadə edir ki, buna da orqanizm allergik reaksiya verə bilər. 

Orqanizm bunu özünə qarşı yad cisim hiss edir və ona qarşı antitellər hazırlayır, nəticədə allergik reaksiya yarana bilər. Əgər allergik reaksiya çox böyük sürətlə davam edərsə, hətta xəstəni öldürə bilər. Yavaş sürətli allergiya isə xəstənin toxuma nahiyəsində müxtəlif problemlər yaradar”. 

Onun sözlərinə görə, dolğu düzgün şəkildə vurulmazsa, damar zədələnə bilər: 

“Dolğular çox professional şəkildə və şəraitdə vurulmalıdır. Bəzən ola bilir ki, dolğu vurulan zaman qan damarın içinə düşsün, bu zaman həmin o damarın qidalandırdığı sahədə nekroz yarana bilər. Bu da şəxsdə müəyyən problemlər yaradır. Şəxs hansı proseslə üz-üzə qaldığını bilməlidir”. 

R.Bağırov qeyd edib ki, kök hüceyrə proseduru yalnız etibarlı şəraitdə və həqiqi maddə ilə aparılmalıdır:

“Kök hüceyrə prosedurunda şəxs əmin olmalıdır ki, həqiqətən istifadə olunan maddə kök hüceyrə olsun. Çünki bir çox halda bu məsələ ilə bağlı xəstələri aldadırlar. 

Ölkəmizdə yüksək qiymətə həyata keçirilən bu prosedur bəzən effekt vermir, uzağı 1-2 ay  müəyyən yüngüləşmələr olsa da, sonradan əvvəlki vəziyyətə qayıdır. Kök hüceyrə prosesində də allergik reaksiyalar yarana bilər. 

Ümumiyyətlə, tibbi müdaxilələr həmişə çox böyük ehtiyatlılıq tələb edir. Onlar sanitar- gigeyina qaydalarına ən yüksək əməl olunan yerlərdə peşəkarlar tərəfindən həyata keçirilməlidir”. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr