Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 2025-ci ilin UEFA Super Kuboku uğrunda keçiriləcək oyuna təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Məsiyev UEFA Super Kubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.
Oyunu portuqaliyalı Joao Pedro Silva Pineyro idarə edəcək.
Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.