
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin və nazirliyin digər struktur bölmələri ilə birgə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 36 xarixi ölkə vətəndaşı deportasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Gürcüstandan aşağıdakı ölkələrin vətəndaşları deportasiya edilib: Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin (ümumilikdə 36 nəfər).
Mövcud qanunvericiliyə uyğun olaraq deportasiya edilən bütün şəxslərin ölkəyə girişi qadağan edilib.
Qeyd edək ki, bu ay Gürcüstan Miqrasiya Departamenti Gürcüstan Daxili İşlər Nazirliyinin digər struktur bölmələri ilə birgə kompleks tədbirlər çərçivəsində 115 xarici vətəndaşı Gürcüstandan deportasiya edib.
2025-ci ilin 7 ayının statistikasına əsasən, ümumilikdə 640 xarici vətəndaş ölkədən deportasiya edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 233% çox deməkdir.