“PAŞA Holding”in tərkibinə daxil olan “PAŞA Bank” nüfuzlu “Euromoney” beynəlxalq maliyyə nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı 2025” mükafatına layiq görülüb.
Londonda keçirilən “Awards for Excellence – 2025” tədbirində iştirak edən “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev və rəhbər heyətinə mükafat təqdim olunub.
Bu nüfuzlu mükafat bankın yüksək səviyəlli xidmətinin, müştəriyönümlülüyünün, innovativ yanaşmasının və real sektorla sıx əməkdaşlığının nəticəsidir.