Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Məsiyev UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.
Oyunu portuqaliyalı Joao Pedro Silva Pineyro idarə edəcək.
Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Fruili” stadionunda keçiriləcək.