Sea Breeze

Cənub-şərqi Avropada yerləşən Monteneqro zəngin tarixi, füsunkar Adriatik sahilləri, dağlıq təbiəti və mülayim iqlimi ilə son illər Azərbaycanın turizm bazarında getdikcə daha çox populyarlıq qazanır. Həmçinin Azərbaycan vətəndaşlarının Monteneqroya vizasız rejimlə səfər edə bilməsi bu ölkəyə marağı artırır.

Son aylarda sosial şəbəkədə yüzlərlə vətəndaş bu ölkəyə səfər etməsi barədə paylaşımlar edib.

Modern.az Bakıdan Monteneqroya səfər edən sərnişinlərin sayını öyrənmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportu ilə əlaqə saxlayıb.

Qurumdan verilən məlumata görə, 2025-ci ilin iyun və iyul ayının ilk 15 günündə Bakıdan Monteneqroya iki əsas istiqamət üzrə ümumilikdə 11 min 464 sərnişin səfər edib.

Belə ki, Podqoritsaya 2 min 413, Tivat şəhərinə gedənlərin sayı isə 9 min 51 nəfər olub.

Qeyd edək ki, Tivat Kotor körfəzinin sahilində yerləşən və zəngin təbiəti ilə seçilən lüks marinaları, təmiz çimərlikləri və tarixi məhəllələri ilə məşhurdur. Podqoritsa isə Monteneqronun paytaxtı və iqtisadi mərkəzi olaraq daha çox biznes səfərləri və şəhər turizmi üçün seçilir.

Hazırda iki ölkə arasında qüvvədə olan qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan vətəndaşları Monteneqroda 90 günədək vizasız qalmaq hüququna malikdirlər.

ETX
ETX
ETX