AZ

Rusiyalı aparıcı Azərbaycanı təriflədi – VİDEO

"Bakıda rus insanı üçün hər şey çox rahatdır" – “Tsarqrad” telekanalının aparıcısı

Rusiyanın “Tsarqrad” telekanalının tanınmış aparıcısı Yuri Pronko Bakıya etdiyi səfərdən aldığı təəssüratları canlı yayımda bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə o, telekanalın canlı efirində danışıb.

Onun sözlərinə görə, Azərbaycanın paytaxtında ruslar özlərini çox rahat hiss edirlər, çünki şəhərdə demək olar ki, hər kəs rus dilində danışır.
 

“Rus insanının baxış bucağından deyə bilərəm ki, Bakı çox rahat şəhərdir. Orada doğrudan da hər kəs rusca danışır. Əgər danışmayan biri varsa belə, o da mütləq rusca danışan birini axtarıb tapır”, – deyə Yuri Pronko bildirib.


Aparıcı əlavə edib ki, Bakıya dəfələrlə səfər edib və bu şəhəri çox sevdiyini gizlətmir.

Yuri Pronko Bakı kinoteatrlarında hansı dillərdə filmlərin nümayiş olunduğuna da xüsusi diqqət çəkib:
 

“Kinoteatra gedəndə afişalarda göstərilir ki, filmlər hansı dillərdə gedir – azərbaycanca, türkcə, ingiliscə və rusca. Mən öz gözlərimlə gördüm və bunu Telegram kanalımda da paylaşmışam ki, Bakıda nümayiş olunan filmlərin əksəriyyəti rus dilindədir”.


Pronko həmçinin bildirib ki, onun şəxsi kitabxanasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş üçcildlik nəşr yer alır:
 

“Bilirsiniz, mənə elə gəlir ki, bu ailə (Əliyevlər – red.) SSRİ dövründəki məkana çox dərin köklərlə bağlıdır. Heydər Əliyev “Politbüro”ya gətiriləndə çoxsaylı məsələlərlə məşğul olurdu.


Məncə, o bağ bu illər ərzində qorunub saxlanılıb və bu gün də mövcuddur”, – deyə jurnalist vurğulayıb.

Yekun olaraq, Yuri Pronkonun sözləri bir daha göstərir ki, Azərbaycanın paytaxtı Bakı yalnız region ölkələri üçün deyil, həm də rusdilli insanlar üçün cəlbedici və mədəni baxımdan rahat şəhərdir.


Bizim.Media

Seçilən
1
1
bizim.media

2Mənbələr