Sea Breeze

Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ölkəmizdə nadir tətbiq olunan laparoskopik piyeloplastika əməliyyatı icra olunub.

25 yaşlı xəstə Yeni Klinikaya böyrəyin II və III dərəcəli genişlənməsi və sidik yollarının təkrarlayan infeksiyaları səbəbilə müraciət edib. Müvafiq müayinələrdən sonra xəstəyə ureteropelvik darlıq (ləyən–sidik axarı birləşməsində darlıq) qoyulub və laparoskopik piyeloplastika əməliyyatının icrasına qərar verilib.

Əməliyyat, anestezioloq-reanimatoloq Lalə Əliyeva və komandasının iştirakı ilə, uzman uroloqlar Turan Məmmədəliyev və Məcid Haqverdiyev tərəfindən minimal invaziv üsul – laparoskopik texnika ilə yerinə yetirilib.

Qeyd edək ki, bu tip əməliyyatlar Azərbaycanda sayca olduqca az – cəmi 3–5 dəfə həyata keçirilib və adətən açıq cərrahiyyə üsulu ilə icra olunur. Lakin Yeni Klinikada ilk dəfə olaraq bu əməliyyat müasir laparoskopik metodla uğurla tətbiq edilib.

Məlumat üçün bildirək ki, laparoskopik piyeloplastika uroloji laparoskopiya sahəsində ən mürəkkəb və texniki baxımdan çətin əməliyyatlardan biri hesab olunur. Minimal invaziv üsulla aparılan bu müdaxilə xəstənin əməliyyat sonrası reabilitasiya müddətinin daha qısa və ağrısız keçməsinə, eləcə də daha yaxşı estetik nəticələrin əldə olunmasına imkan verir.

ETX
ETX
ETX