AZ

Kamçatka zəlzələsindən sonra Yaponiya, Çin və ABŞ-da sunami təhlükəsi elan edilib

Kamçatkada baş verən zəlzələdən sonra Sakit okean regionunun əhəmiyyətli hissəsi üçün sunami təhlükəsi var. Xüsusilə Yaponiya, Çin və ABŞ-da da təhlükə elan edilib. Məlumatı “Kommersant” yayıb.  

Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi ( FDMA) sakinlərə Hokkaydodan Kyuşuya qədər olan prefekturalarda hündürlüyü 1 m-ə qədər olan sunami təhlükəsi barədə xəbərdarlıq edib. Ölkə üzrə 220-dən çox bələdiyyədən 2,01 milyondan çox insan təxliyə edilib.

Çinin CCTV telekanalı Sunami Xəbərdarlıq Mərkəzinə istinadən Zhejiang əyalətində və Şanxayda da təhlükə olduğunu bildirib. Ölkədə “sarı” həyəcan səviyyəsi elan edilib.

ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsində ABŞ-da sunami təhlükəsi barədə məlumat verib. Onun sözlərinə görə, xəbərdarlıq Havay adalarının bütün sakinlərinə aiddir. Kanadanın Vankuver, Meksikanın ABŞ sərhədinə yaxın Ensenada və Kaliforniyanın Crescent City şəhərlərində də sunami təhlükəsi elan edilib. Çində sunami təhlükəsi səbəbindən sahildəki məktəblərdə dərslər ləğv edilib .

Bu gün Sakit okeanda Kamçatka sahillərində zəlzələ baş verib. Rusiya Elmlər Akademiyası Geofiziki Tədqiqatlar Federal Tədqiqat Mərkəzinin regional bölməsi onu 1952-ci ildən bəri ən güclü təbii hadisə kimi qiymətləndirib. Petropavlovsk-Kamçatskda fövqəladə vəziyyət qüvvədədir.

P.ƏMİRCANOV
XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr