AZ

Bu ölkədə zəlzələ oldu - 20-dən çox binanın dağıldı

Qvatemalada 6 bal gücündə zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində bir nəfərin həyatını itirdiyi, 20-dən çox binanın dağıldığı bildirilib. Qvatemala Milli Bələdiyyə və Departament Yanğınsöndürənlər Assosiasiyası, ən çox zərərin San Migel kəndində baş verdiyini açıqlayıb.

Hadisənin ardından yerli hakimiyyət orqanları və xilasetmə işçiləri hadisə bölgəsində təcili yardım və bərpa işlərinə başlayıb.

Seçilən
17
manset.az

1Mənbələr