AZ

Dünya Çempionatının püşkatma mərasiminin keçiriləcəyi tarix və yer açıqlanıb


Futbol üzrə 2026-cı il Dünya Çempionatının püşkatma mərasiminin keçiriləcəyi tarix və yer rəsmən açıqlanıb.
Yeniavaz.com
 xəbər verir ki, püşkatma mərasimi dekabrın 5-də ABŞ-nin Las-Veqas şəhərində baş tutacaq.
FIFA-nın təşkil etdiyi bu çempionat bir çox baxımdan tarixə düşəcək. İlk dəfə olaraq turnirdə 48 milli komanda iştirak edəcək. Əvvəlki illərdə bu rəqəm 32 olub. Turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada birgə təşkil olunacaq. Bu da turnirin 3 ölkədə keçiriləcəyi ilk dünya çempionatıdır.
Xatırladaq ki, sonuncu – 2022-ci il dünya çempionatının qalibi Argentina millisi olub. Finalda Fransa ilə dramatik qarşılaşmada penaltilər seriyasında qalib gələn cənubi amerikalılar üçüncü dəfə dünya çempionu titulunu qazanıb.
Seçilən
27
1
yeniavaz.com

2Mənbələr