AZ

Avstraliya 16 yaşadək uşaqlar üçün "YouTube"u qadağan edəcək

Avstraliya hökuməti "YouTube" videohostinq xidmətini 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanuna tabe olan platformalar siyahısına daxil etmək qərarına gəlib.

Operativ Media xəbər verir ki, bunu Avstraliyanın baş naziri Entoni Albanese bildirib.

O, Avstraliya mediası tərəfindən yayımlanan mətbuat konfransında qeyd edib:

“Ən vacibi budur ki, hökumətin onlayn təhlükəsizlik komissarının tövsiyələrinə uyğun olaraq, 16 yaşdan kiçik şəxslər "YouTube" platformasında hesab yarada bilməyəcəklər”.

Siyasətçi təsdiqləyib ki, bu qadağa "Facebook" və "Instagram", "Snapchat", "TikTok" və "X" sosial şəbəkələrinə də şamil olunacaq. Onun sözlərinə görə, onlayn oyunlar, messencerlər və təhsil platformaları bu məhdudiyyətlərə daxil edilməyəcək.

Albanese bildirib ki, BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək 80-ci sessiyası çərçivəsində digər dünya liderləri ilə sosial medianın yeniyetmələrin psixi sağlamlığına təsiri məsələsini müzakirə edəcək.

Seçilən
17
2
operativmedia.az

3Mənbələr